Slavçev "Qarabağ"la münasibətlərinə aydınlıq gətirib

"Qarabağ"ın daha bir legioneri ilə münasibətlərinə aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionundan ayrılacağı iddia edilən Simen Slavçev bu məlumatı təkzib edib. Bolqarıstanlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında karyerasını "Qarabağ"da davam etdirəcəyini bildirib. 

"Mən "Qarabağ"ın bir parçasıyam, klubla qüvvədə olan müqaviləm var. Heç yerə getmək niyyətində deyiləm. Kollektivdə hər kəslə yaxşı münasibətim var, bir ailə kimiyik. Yeni mövsümdə də, komandanın uğuru üçün əlimdən gələni əsirgəməyəcəyəm. "Qarabağ"la növbəti dəfə çempion olmaq arzusundayam".

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi, ötən yay Lissabonun "Sportinq" klubundan "Qarabağ"a transfer olunub. Bolqarıstan millisinin üzvü cari mövsümdə meydan çıxdığı 24 oyunda rəqib qapılarına 2 qol vurub.