Slavçevin yeni klubu rəsmiləşdi

“Qarabağ”dan ayrılan Simeon Slavçevin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçi, vətəni Bolqarıstanın "Levski" klubu ilə müqavilə bağlayıb.

O, klubla 3 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, S.Slavçev “Qarabağ”ın heyətində 39 oyun keçirib, 2 qol vurub.