Slaven Biliçin yeni klubu müəyyənləşdi

Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç İngiltərənin "Vest Bromviç" komandasının sükanı arxasına keçib. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. Biliç yeni təyinatını belə şərh edib: "Əlbəttə, mənə belə imkan yaradıldığı üçün şadam. Biz təkmilləşmək, meydanda inkişafa nail olmaq istəyirik. "Vest Bromviç" Premyer Liqaya qayıtmaq istədiyinə məni əmin etdi. Klubun qısa və uzunmüddətli layihələri var, onlar da bir-biriləri ilə ziddiyyət təşkil etmir".

Qeyd edək ki, Slaven Biliç əvvəllər Xorvatiyanın "Hayduk", U-21 yığması, Rusiyanın "Lokomotiv" (Moskva), Türkiyənin "Beşiktaş", İngiltərənin "Vest Hem" və Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandalarına da rəhbərlik edib. "Vest Bromviç" ötən mövsüm Çempionşipi 4-cü pillədə başa vursa da, "pley-off"da "Aston Villa"ya 2 oyunun yekununda (1:2, 1:1) uduzaraq, Premyer Liqaya yüksələ bilməyib.