Slovakiya - Azərbaycan görüşünə biletlər tükənməyib

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Slovakiya - Azərbaycan oyununa bilet satışı davam edir.

Sportline.az xəbər verir ki, bu barədə, Slovakiya Futbol Federasiyasının rəsmi saytı vasitəsilə məlumat yayılıb.

19 min 200 tamaşaçı tutumuna malik "Anton Malatinski" stadionunda keçiriləcək görüşün biletləri hələ tükənməyib. Həm stadionun kassalarından, həm də onlayn şəkildə biletləri əldə etmək hələ də mümkündü. Qiymətlər isə 1-ci kateqoriyaya 32, ikinci kateqoriyaya isə 22 avroyadır.

Qeyd edək ki, Slovakiya - Azərbaycan görüşünün start fiti Bakı vaxtı ilə 23:45-də səslənəcək.