Slovakiya millimizlə oyuna bu futbolçularla çıxacaq

Slovakiya millisinin Xorvatiya və Azərbaycanla keçirəcəyi AVRO-2020-nin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, baş məşqçi Pavel Hapal qarşıdakı görüşlərə 24 futbolçu çağırıb.

Qapıçılar: Martin Dubravka ("Nyukasl", İngiltərə), Marek Rodak ("Roterham", İngiltərə), Dominik Qrayf ("Slovan", Bratislava)

Müdafiəçilər: Peter Pekarik ("Herta", Almaniya), Lyubomir Şatka ("Lex" Poznan, Polşa), Denis Vavro ("Latsio", İtaliya), Milan Şkriniar ("İnter", İtaliya), Martin Valyent ("Malyorka", İspaniya), Norbert Dyomber ("Peruca", İtaliya), David Hançko ("Sparta" Praqa, Çexiya) 

Yarımmüdafiəçilər: Stanislav Lobotka ("Selta", İspaniya), Patrik Qroşovski ("Genk", Belçika), Yan Qrequş ("Minnesota Yunayted", ABŞ), Yuray Kuçka ("Parma", İtaliya), Andrey Duda ("Herta", Almaniya), Matuş Bero ("Vitess", Hollandiya), Marek Hamşik ("Taylan Lifan", Çin), Laslo Beneş ("Holştayn", Almaniya), Albert Ruşnak ("Real Solt Leyk", ABŞ), Robert Mak ("Zenit", Rusiya), Lukas Haraşlin ("Legiya", Polşa) 

Hücumçular: Mixal Düriş ("Anortosis", Kipr), Samuel Mraz ("Bröndbü", Danimarka), Robert Bojenik ("Jilina")

Qeyd edək ki, Slovakiya noyabrın 16-da Xorvatiyanın qonağı olacaq. Komanda 3 gün sonra Trnavadakı Anton Malatinski stadionunda Azərbaycan millisini qəbul edəcək.