Slovakiya millisi Bakıya bu heyətlə gələcək

Slovakiya millisinin İordaniya ilə yoldaşlıq və Azərbaycanla Avro-2020-nin seçmə mərhələsinin oyunları üçün ilkin heyəti açıqlanıb.

Sportline.az xəbər verir, komandanın baş məşqçisi Pavel Hapal 29 futbolçuya dəvət göndərib. Təlim-məşq toplanışından sonra 6 futbolçu millidən kənarlaşıdırılacaq və 23 nəfərlik siyahı UEFA-ya təqim olunacaq.

Qapıçılar: Martin Dubravka ("Nyukasl", İngiltərə), Matuş Kozaçik ("Viktoriya", Çexiya), Marek Rodak ("Roterham", İngiltərə), Dominik Qrayf ("Slovan", Bratislava)

Müdafiəçilər: Peter Pekarik ("Herta", Almaniya), Lukaş Ştetina ("Sparta", Çexiya), Lyubomir Şatka ("Dunayska Streda", Çexiya), Milan Şkriniar ("İnter", İtaliya), Denis Vavro ("Kodan"), David Hançko ("Fiorentina", İtaliya), Branislav Ninyay ("Fortuna", Hollandiya), Robert Mazan ("Selta", İspaniya)

Yarımmüdafiəçilər: Patrik Qroşovski ("Viktoriya", Çexiya), Stanislav Lobotka ("Selta", İspaniya), Yan Qrequş ("Minnesota Yunayted", ABŞ), Yuray Kuçka ("Parma", İtaliya), Matuş Bero ("Vitess", Hollandiya), Marek Hamşik ("Taylan Lifan", Çin), Laslo Beneş ("Holştayn", Almaniya), Andrey Duda ("Herta", Almaniya), Martin Xrien ("Santa Klara", Meksika), Albert Ruşnak ("Real Solt Leyk", ABŞ), Robert Mak ("Zenit", Rusiya), Yaroslav Mixalik ("Jilina"), Miroslav Stoç ("Slaviya", Çexiya), Lukas Haraşlin ("Legiya", Polşa)

Hücumçular: Samuel Mraz ("Krotone", İtaliya), Pavol Şofranko ("Dandi Yunayted", Şotlandiya), Robert Bojenik ("Jilina")

Qeyd edək ki, Slovakiya iyunun Trnavada İordaniya, 4 gün sonra isə Bakıda Azərbaycanla qarşılaşacaq.