Slovakiya seçməsi Bakıdadır

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Slovakiya seçməsi Bakıya gəlib.

Sportline.az xəbər verir ki, Pavel Hapalın komandası sabah oyun öncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, iyunun 11-də 8-ci km stadionunda baş tutacaq oyunun start fiti saat 20:00-da səslənəcək.