Avropa Liqası: "Slovan"dan çətin qələbə

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma keçirilib.

Slovakiyanın "Slovan" klubu doğma meydanda Kosovo təmsilçisi "Feronikeli"ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. 

Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Dandolk" - "Qarabağ" cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin digər görüşləri sabah keçiriləcək. Avroliqadakı təmsilçilərimizdən "Qəbələ" evdə Tbilisi "Dinamo"sunu qəbul edəcək. "Neftçi" isə səfərdə Tula "Arsenal"ının qonağı olacaq.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

24 iyul

20:00. "Slovan" (Slovakiya) - "Feronikeli" (Kosovo) - 2:1
Qollar: Nono, 9 (1:0), Sporar, 61-pen (2:0), Hoti, 67 (2:1)