Sneyder futbolla vidalaşdı

Hollandiya millisinin sabiq üzvü Vesli Sneyder futbolçu karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, bu barədə 35 yaşlı oyunçunun özü məlumat verib.  O, "Utrext" klubunun stadionundan 1 illiyə loja aldığını bildirib.

Qeyd edək ki, V. Sneyderin son klubu "Al-Qarafa" (Qətər) olub. O, karyerası ərzində "İnter", "Real", "Ayaks" və "Qalatasaray" və "Nitsa"da oynayıb.