Son 25 ilin ən yaxşı futbolçularından biri Toni Adamsdır

"FourFourTwo" portalı son 25 ildə dünyanın 101 ən yaxşı futbolçusunun reytinq siyahısını tərtib edib.

Sportline.az xəbər verir ki, 21 - 101-ci yerləri tutanların adları artıq dərc olunub.

Onların arasında "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams da yer alıb. İngiltərə "Arsenal"ının əfsanəvi kapitanı 96-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək “Qəbələ”də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışıb. Futbolçu kimi isə Adams bütün karyerası boyunca - 1983 - 2002-ci illərdə "Arsenal"ın formasını geyinib.