"Son nöqtəni qoya bilmədik" - Sənan Qurbanov

"Bu yarışmada duyğusal insanlara yer yoxdur. Belə mübarizədə xarakter lazımdır. Bunu komandaya aşılamağa çalışırıq. Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdir. Bu gün də elə oldu. Oyundan sonra futbolçularımızı tərbik etdim. Məğlubiyyət olsa belə, qarşıya ümidlə baxırıq".

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- Qələbə üçün nə çatmadı?

- Futbol bizi razı salsa da, son nöqtəni qoya bilmədik. Bunun üzərində işləyəcəyik.

- Asif Məmmədovu niyə belə gec buraxdınız?

- Davit Volkovi özünü bir az nasaz hiss edirdi. Oyunun əlavə vaxtının belə az olacağını gözləmirdik.

- Matçda kobudluq, sərtlik çox idi. Futbolçularınız xeyli vərəqə aldı ki, bu da gələcəkdə problem yarada bilər...

- Futbolçu qaydalar çərçivəsində aqressiv olmalıdır. Mübarizə varsa, mübahisələr də, sərtlik də, vərəqələr də var.