Son turun ən yaxşısı məlum oldu

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 28-ci turunun ən yaxşı futbolçusu məlum olub.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, bu, “Zirə”nin hücumçusu Xulio Sezar Rodriqezdir. Paraqvaylı futbolçu “Sabah”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Araşdırmalara əsasən Xulio Sezar Rodriqez turun ən yaxşı indeksə malik futbolçusudur.