"Sona qədər mübarizə apardıq" - Roberto Bordin

"Komandanın oyunundan tam razı qaldım. İlk dəqiqədən sona qədər mübarizə apardıq. Bu cür futbolçularım olduğu üçün fəxr edirəm". SportLine.az Matc.az saytına istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

"Ağ-qaralar" Topaz Premyer Liqasının XX turunda "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub edərək, yenidən vahid lider olublar.

Qarşılaşmadan sonrakı mətbuat konfransında 54 yaşlı mütəxəssis bildirib ki, "Sumqayıt" hesabı açdığı epizodda müdafiəçi Mamadu Mbodjla qapıçı Səlahət Ağayev arasında anlaşılmazlıq yaşanıb: "Buna rəğmən özünü toparladı və lazımi qolu vurdu. İlk pillədə qərarlaşmağımızın psixoloji baxımdan bizə mənfi təsir etdiyini deməzdim. Növbəti oyunlara hazırlaşacağıq".