Moskva "Spartak"ı hücum xəttini gücləndirir

Moskva "Spartakı" "Ayntraxt"ın hücumçusu Qonsalu Pasyensiyanın transferinə hazırlaşır.

Sportline.az sportbox.ru-ya istinadla xəbər verir ki, moskvalılar qış fasiləsində bu keçidi reallaşdırmaq niyyətindədirlər.

Klub rəhbərliyinin frankfurtlulara 11 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edək ki, 25 yaşlı portuqaliyalı "Ayntraxt"da keçirdiyi 18 oyunda 8 qol vurub.