"Spartak" baş məşqçi ilə vidalaşdı

Rusiyanın "Spartak" klubu Premyer Liqada ardıcıl 4 məğlubiyyətdən sonra baş məşqçi Oleq Kononovla yolları ayırıb.

Sportline.az klubun saytına istinadən verir ki, paytaxt təmsilçisi 11-ci turda evdə "Orenburq"a 1:2 hesablı məğlubiyyətdən sonra 53 yaşlı mütəxəssisi istefaya göndərib.

Rusiyalı mütəxəssis 2018-ci ildən Moskva təmsilçisini çalışdırırdı.