"Spartak" yeni baş məşqçi ilə razılaşdı

Moskva "Spartak"ı yeni baş məşqçi ilə razılıq əldə edib.

Sportline.az sports.ru saytına istinadən xəbər verir ki, moskvalılar komandanın sükanını "Şalke"nin sabiq çalışdırıcısı Domeniko Tedeskoya həvalə etmək niyyətindədirlər.

34 yaşlı mütəxəssislə ilkin danışıqlar müsbət nəticələnib.

Onun təyinatının yaxın günlərdə rəsmiləşəcəyi bildirilir. 

Qeyd edək ki, "Spartak" rəhbərliyi uğursuz çıxışla əlaqədar, Oleq Kononovla yolları ayırıb.