"Spartak"dan Ayaz Quliyevlə bağlı açıqlama
Rusiyanın “Spartak” klubunun baş direktoru Tomas Çorn Ayaz Quliyevlə bağlı danışıb.
Sportline.az xəbər verir ki, klub rəsmisi Ayazın qalıb-qalmayacağı ilə bağlı qərar vermədiklərini bildirib: “Quliyevin qalıb-qalmayacağı barədə danışmaq üçün hələ tezdir”.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi, “Spartak”a bu il “Rostov” klubundan keçib.