"Spartak"ın "əfsanəsi" meydanlara qayıdır
Moskva "Spartak"ının veteranı Andrey Tixonov yaşıl meydanlara qayıtmaq qərarına gəlib.
Sportline.az championat.com saytına istinadən xəbər verir ki, o, həvəskarlar liqasında yarışan, veteranlardan ibarət "Qefest" komandasında çıxış edəcək.
Bu haqda klubun sosial şəbəkədəki səhifəsində məlumat yayılıb.
Qeyd edək ki, Andrey Tixonovun son iş yeri "Krılya Sovetov"un baş məşqçi postu olub.