"Spartak"ın futbolçusu milli komandamızda
Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət seçmə komandalar arasına beynəlxalq turnir keçiriləcək.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, 7-11 may tarixlərində təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycan U-19 yığması da çıxış edəcək. Slovakiya, Uels və Macarıstanla birgə A qrupunda yer alan komandamızın turnir üçün heyəti açıqlanıb.
Baş məşqçi Vüqar Məmməd 21 futbolçuya dəvət göndərib.
Nicat Mehbalıyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Xəqani Sadıxov, Səbuhi Abdullazadə, Turan Vəlizadə, Toral Bayramov, Rüfət Abdullazadə (hamısı “Qarabağ”), İdris İnqilablı, Rüstəm Nuriyev, Kamran Quliyev, Əmrah Zülfüqarlı (hamısı “Qəbələ”), Zahid Mərdanov, Kamran Məmmədov, Emil Qasımov, Şakir Seyidov (hamısı “Səbail”), Əkpər Vəliyev, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Elvin Talıbov (“Rostov”, Rusiya), Hüseyn Əhmədov (“Helios”, Xarkov, Ukrayna), Elnur Ibrahimov (“Spartak-2”, Moskva, Rusiya)