"Spartak"ın futbolçusu milliyə çağırıldı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçəcək.
Sportline.az xəbər verir ki, komandamız avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valleta şəhərində hazırlıqda olacaq.
Milli hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüş Bakı vaxtı ilə 20:00-da başlanacaq.
Toplanışa bu futbolçular dəvət edilib: Rüstam Samiqullin ("Stroqino", Rusiya), Ayhan Arazlı, Nihad Quliyev, Tural Bayramov (hamısı "Qarabağ"), Şahin Mürsəl ("Viedenbrük", Almanya), Nihad Qurbanlı, Turan Vəlizadə, İsmayıl Zülfüqarlı (hamısı "Neftçi"), Murad Məmmədov, Ədilxan Qarəhmədov (hər ikisi "Səbail"), Əmrə Kaplan ("Başakşəhər", Türkiyə), Murad Bağırov ("Sabah"), Xəyal Muradov, Samir Məhərrəmli, İdris İnqılablı, Veysəl Rzayev (hamısı "Qəbələ"), Elnur İbrahimov ("Spartak Akademiya", Rusiya), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hər ikisi "Sumqayıt"), Samir Qurbanov ("Viktoriya Jijkov", Çexiya).