"Spartak"ın yeni baş məşqçisi rəsmiləşib

Rusiyanın “Spartak” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisini Domeniko Tedesko çalışdıracaq. 34 yaşlı italiyalı məşqçi bu vəzifədə bir neçə gün əvvə istefaya göndərilən Oleq Kononovu əvəzləyib.

Tedesko son olaraq “Şalke”ni çalışdırıb. O, Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted”ə 0:7 məğlubiyyətdən sonra istefaya göndərilmişdi.

Qeyd edək ki, uğursuzluq zolağına düşən "Spartak", 14 xalla 12-ci yerdə qərarlaşıb.