"Sperantsa" - "Neftçi" görüşünün biletləri satışda

Avropa Liqasının I təsnifat mərhələsinin "Sperantsa" - "Neftçi" oyununun biletləri satışa çıxarılıb.

Sportline.az xəbər verir ki, biletləri qarşılaşmanın keçiriləcəyi "Zimbru" stadionunun kassalarından əldə etmək mümkündür.

Ən ucuz biletin qiyməti 50 ley - təminən 4 manat 70 qəpikdi.

Qeyd edək ki, "Sperantsa" - "Neftçi" oyunu iyulun 11-də keçiriləcək.