"Sperantsa" - "Neftçi" matçına təyinatlar açıqlandı

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sperantsa"  - "Neftçi" oyununun təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, qarşılaşma Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.

UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 11-də Kişinyovda keçiriləcək və həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bu cütün qalibi 2-ci raundda Rusiyanın "Arsenal" (Tula) klubu ilə üz-üzə gələcək.