"Sperantsa" - "Neftçi" matçının vaxtı açıqlandı

"Neftçi"nin, Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə ilk matçının başlama saatı açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 11-də Moldova paytaxtı Kişinyovda keçiriləcək oyun, Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Komandalar arasında cavab oyunu isə 1 həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə üz-üzə gələcək.