"Sportinq" Bakıya bu heyətlə gəlir
UEFA Avropa Liqasının 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Sportinq"in Bakıya hansı heyətlə gələcəyi müəyyənləşib. SportLine.az Lissabon klubunun saytına istinadən xəbər verir ki, baş məşqçi Marsel Kayzer paytaxtımıza bu heyəti gətirir:
Qapıçılar: 19. Roman Salen, 40. Renan Ribeyro, 99. Dioqo Souza
Müdafiəçilər: 4. Sebastyan Koates, 5. Cefferson Nasimento, 6. Andrea Pintu, 76. Brunu Qaşpar, 63. Tyaqo Calo, 95. Tyerri Korreya
Yarımmüdafiəçilər: 8. Brunu Fernandeş, 25. Padosav Petroviç, 37. Vendel, 86. Nemanya Qudel, 90. Migel Luiş
Hücumçular: 17. Luiş Nani, 18. Karluş Mane, 23. Abdulay Diabi, 28. Bas Dost, 77. Jovane Kabral
Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" matçı saat 21:55-də başlanacaq.