"Sportinq" Bakıya darmadağınla gəlir
Bir neçə gün sonra UEFA Avropa Liqasında "Qarabağ"ın qonağı olacaq "Sportinq" Portuqaliya Kubokunda növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, 1/8 final mərhələsində keçirilən görüşdə rəqib "Lusitano" kollektivi olub. Qarşılaşma "Sportinq"in qələbəsi ilə yekunlaşıb - 4:1.
Qeyd edək ki, "Qarabağ" - "Sportinq" görüşü noyabrın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.