"Sportinq" Pezeyrunu yola saldı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Sportinq" baş məşqçisi Joze Pezeyru ilə yolları ayırıb. 

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sayt istefanın səbəbini açıqlamayıb. Lakin iddia olunur ki, baş məşqçi ölkə kubokunda "Eştoril"ə məğlubiyyət (1:2) səbəbindən qovulub. 

Qeyd edək ki, "Sportinq" hazırda Portuqaliya çempionantında 5-ci, Avropa Liqasında isə 6 xalla 2-ci pillədə qərarlaşıb.

"Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.