"Sportinq" son saniyələrdə sevindi, "Qarabağ" sonuncu pillədə

UEFA Avropa Liqasında "Qarabağ"ın mübarizə apardığı "E" qrupunda daha bir oyun keçirilib. SportLine.az xəbər verir ki, Ukraynada "Vorskla" "Sportinq"i qəbul edib.

Oyun boyu Poltava təmsilçisi 1:0 hesabı ilə üstün olsa da, əlavə edilən dəqiqələrdə iki qol vuran Lissabon klubu hesabına 3 xal yazdırıb. 

Beləliklə, xalını 6-a çatdıran "Sportinq" və "Arsenal" qrupun lideridir. Hesabında xal olmayan "Vorskla" və "Qarabağ" sonuncudur. Poltava klubu top fərqində Ağdam təmsilçisini qabaqlayır.