"Sportinq"də itki: "Qarabağ"a qarşı oynamayacaq
UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sportinq" heyətlə bağlı problemlə üzləşib. SportLine.az xəbər verir ki, Lissabon klubunun futbolçusu Rodriqo Battalya Portuqaliya Premyer Liqasının 9-cu turunda "Santa Klara"ya 2:1 hesabı ilə qalib gəldikləri matçın 30-cu dəqiqəsində zədələnib.
Müayinədən sonra argentinalı yarımmüdafiəçinin sağ dizinin ön çarpaz bağlarının qopduğu məlum olub.
Portuqaliya mətbuatının məlumatına görə, futbolçu bu gün əməliyyat olunacaq.
R.Battalya Avropa Liqasının 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.