"Sportinq"in Bakı planı

"Qarabağ"ın Avropa Liqasındakı növbəti rəqibi "Sportinq"dir.

Sportline.az xəbər verir ki, Portuqaliya təmsilçisi sabah paytaxtımıza gələcək. 

Bakıya axşam saatlarında çatacaq lisabonlular, ertəsi günə iki məşq planlaşdırıblar.

Portuqaliya mətbuatında yayılan xəbərlərdə, baş məşqçi Marsel Keyzerin heyətə bir sıra gənc futbolçu əlavə etdiyi bildirilir. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" görüşü noyabrın 29-da saat 21:55-də başlanacaq.