"Sportlinq" - "Qarabağ" matçının hakimləri bilindi

Avropa Liqasının qrup mərhələsinin ilk turundakı "Sportinq" - "Qarabağ" matçının hakimləri açıqlanıb. 

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Fransua Lötexye, yan xətt hakimləri isə Kirill Mönye və Mehdi Rohmani olacaq. Əlavə köməkçi hakimlər funksiyasını Frank Şneyder və Kərim Abed yerinə yetirəcək. 4-cü hakimi isə Conau Bertrandır.

Qeyd edək ki, sentyabrın 20-də Lissabonda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.