Su İdmanı Sarayında üzgüçülük üzrə Azərbaycan kuboku keçirilib

Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Su İdmanı Sarayının dəstəyi ilə üzgüçülük üzrə Azərbaycan kuboku keçirilib. 

Sportline.az xəbər verir ki, bir neçə ildir keçirilməyən bu yarışın təşkilinə səbəb bu idman növünün daha da tanınması və üzgüçüləri daha da həvəsləndirməkdir.

Sprint məsafələr üzrə qızlar arasında Fatimə Alkərimova, sprint məsafədə oğlanlar arasında Ramil Vəlizadə, stayr məsafədə qızlar arasında Kseniya Voronina, stayr məsafədə oğlanlar arasında İsmayılzadə Süleyman qalib olub.

Su İdmanı Sarayını təmsil edən azyaşlı idmançılarımızdan Əliyev Orxan, Cavadova Məryəm xüsusi fərqlənib. Məryəm 11, Orxan isə 15 yaşında yaşında idman ustalığına namizəd normativini yerinə yetirib. 

Bununla belə bu yarışdan sonra Su İdmanı Sarayının komandasının heyəti yenilənəcək. Yeni qaydalara əsasən komandaya böyük, gənc və yeniyetmə idmançılar cəlb olunacaq və yaxud onlar digər idmançılarla dəyişdiriləcək.

Qarşıda isə idmançıları Macarıstan və Serbiyada keçiriləcək beynəlxalq yarışlar gözləyir.