Suarez tilsimi qırdı
Luis Suarez cari mövsüm Çempionlar Liqasındakı uğursuz seriyanı qırıb.
SportLine.az xəbər verir ki, futbolçu qitənin ən nüfuzlu klub turnirində çıxdığı 9-cu matçda ilk qolunu vurub. Hücumçu 1/4 final mərhələsində keçirilən "Roma"ya qarşı görüşün 87-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, L.Suarez Çempionlar Liqasından fərqi olaraq, İspaniya La Liqasında 22 qolla bombardirlər siyahısında yer alıb.