"Sumqayıt" daha bir futbolçunu heyətə qatdı

"Sumqayıt" klubu daha bir futbolçunu heyətə cəlb edib. 

Sportline.az xəbər verir ki, millimizin sabiq üzvü Elnur Cəfərovla müqavilə imzalanıb.

Yoxlama oyunlarında sınaqda keçən 22 yaşlı cinah yarımmüdafiəçisi bəyənilərək komandaya götürülüb. Onunla birgə baxışda olmuş mərkəz yarımmüdafiəçisi Akif Tağıyev isə geri qaytarılıb.

Xatırıadaq ki, Elnur ötən mövsüm "Keşlə"nin futbolçusu olsa da, daha çox əvəzedici komandasında çıxış edib.