"Sumqayıt" Almaniya və Serbiya klublarına qarşı

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt”, sabah əvvəlcədən nəzərdə tutulduğu kimi bir yox, iki yoxlama oyununa çıxacaq. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası, əvvəlcə Almaniya Regional Liqası təmsilçisi “Optik Rathenow”, daha sonra isə Serbiya təmsilçisi “Zemun”la qarşılaşacaq. 

Lara bölgəsindəki Fanatic stadionunda keçiriləcək oyunlar müvafiq olaraq yerli vaxtla 11:00 (Bakı vaxtı ilə 12:00) və 15:30-da (Bakı vaxtı ilə 16:30) start götürəcək.