"Sumqayıt" bir araya gəlir

"Sumqayıt" klubunda istirahət başa çatır.

Sportline.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilir ki, "gənclik şəhəri" təmsilçisi sabahdan etibarən bir araya gələcək.

Komanda saat 11:00-da "Kapital Bank Arena"da yeni ilin ilk məşqini keçirəcək.

Qeyd edək ki, "Sumqayıt" toplanışın ikinci mərhələsi üçün yanvarın 12-də Antalyaya yollanacaq.