"Sumqayıt" daha bir futbolçu ilə müqavilə bağladı

"Sumqayıt" qış fasiləsində sınaqdan keçirdiyi Elvin Bədəlovla müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə anlaşmanın müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Bədəlov mövsümün ilk yarısını “Sabah” komandasında keçirib.