"Sumqayıt" daha bir transferi rəsmiləşdirdi
2018/2019 mövsümünı hazırlaşan “Sumqayıt” daha bir futbolçu ilə heyətini gücləndirib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü “Sabah”ın heyətində keçirmiş yarımmüdafiəçi Qvanzav Maqomedovla 1 illik müqavilə imzalanıb. Maqomedov yeni komandasında 44 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Qvanzav Maqomedov “Sabah”la (14 oyun, 1 qol) yanaşı “Şahdağ” (27 oyun, 4 qol), “Zirə” (12 oyun, 2 qol), AZAL (28 oyun), "Səbail" və “Znamya Truda”nın (13 oyun) şərəfini qoruyub.