"Sumqayıt" Elbrus Məmmədovla müqavilə yenilədi
"Sumqayıt" klubu komandanın əvəzedici heyətinin baş məşqçisi Elbrus Məmmədovla müqaviləni uzadıb.
SportLine.az xəbər verir ki, Elbrus Məmmədov qarşıdakı mövsümdə də əvəzedicilərə rəhbərlik edəcək.
Qeyd edək ki, "Sumqayıt"ın əvəzedici komandası E. Məmmədovun rəhbərliyi altında ötən mövsümdə 10 qələbə, 7 heç-heçə, 11 məğlubiyyət əldə edərək 37 xal toplayıb və mövsümü 6-cı pillədə başa vurub.