"Sumqayıt" hazırlıqlara başladı

"Sumqayıt” Topaz Premyer Liqasının XVI turunda qarşılaşacağı "Neftçi” ilə oyunun hazırlıqlarına start verib.

SportLine.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena”da məşqə çıxıb. Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib. 

Qeyd edək ki, "Sumqayıt” – "Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da "Kapital Bank Arena”da keçiriləcək.