"Sumqayıt" hazırlıqlara başladı

Premyer Liqanın 21-ci turunda səfərdə “Sabah”la qarşılaşacaq olan “Sumqayıt” klubu məşqləri bərpa edib.

SportLine.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”da məşqə çıxıb.

Zədəsini sağaldan Şəhriyar Əliyev artıq kollektivlə birlikdə çalışmağa başlayıb. Bərpa məşqi keçən Əmir Ağayev isə yüngül qaçışla kifayətlənib. 

Təxminən 1.5 saat davam edən məşqdə əsasən fiziki gücün artırılması və müxtəlif toplu çalışmalara üstünlük verilib. 

Qeyd edək ki, “Sabah” – “Sumqayıt” qarşılaşması 15 mart, saat 16:00-da “Əlincə Arena”da keçiriləcək.