"Sumqayıt" heyətini müdafiəçi ilə gücləndirdi

“Sumqayıt” klubu Amil Yunanov və Vüqar Mustafayevdən sonra heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportline.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Keşlə”də keçirmiş Sertan Taşqınla anlaşıb. 2 illik müqavilə imzalayan 21 yaşlı futbolçu “Sumqayıt”da 22 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Sertan peşəkar futbolçu karyerası ərzində yalnız “Keşlə”nin heyətində çıxış edib (55 oyun, 4 qol). O, həmçinin U-19 (3 oyun) və U-21 millilərimizin (11 oyun) şərəfini qoruyub.