"Sumqayıt" iki futbolçunu sınayır

Yeni mövsümə hazırlaşan “Sumqayıt” klubu baxışa iki futbolçu çağırıb.

Sportline.az xəbər verir ki, ötən mövsümü müvafiq olaraq, “Keşlə” və “Şüvəlan”da keçirən Elnur Cəfərovla Akif Tağıyev baxışdadır. Baş məşqçi Ayxan Abbasov yaxın günlərdə hər iki yarımmüdafiəçi ilə bağlı qərar verəcək.

Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində Vüqar Mustafayev (“Zirə”), Amil Yunanov, Sərtan Taşqın (hər ikisi “Keşlə”) və Elgün Nəbiyevi (“Sabah”: icarəyə) heyətinə götürüb.