"Sumqayıt" kapitanı ilə müqaviləni yenilədi
"Sumqayıt" Futbol Klubu kapitan Vurğun Hüseynovla müqaviləni yeniləyib.
Sportline.az xəbər verir ki, 30 yaşlı müdafiəçi 2 illik anlaşmaya imza atıb.
5 mövsümdür "Sumqayıt"ın şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə komandanın heyətində 20 oyuna çıxıb və 1 qol vurub. Kapitan ümumilikdə "Sumqayıt" FK-nın heyətində 131 qarşılaşmada meydana çıxıb.
Qeyd edək ki, Vurğun Hüseynovun "Sumqayıt" FK-da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, "Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb