"Sumqayıt" "Keşlə" ilə oyuna hazırlaşır

Topaz Premyer Liqasının 11-ci turunda "Keşlə" ilə qarşılaşacaq olan "Sumqayıt" klubu hazırlıqlarını davam etdirir.

SportLine.az xəbər verir ki, komanda Nazim Süleymanovun rəhbərliyi altında bu gün saat 11:00-da "Kapital Bank Arena"nın köməkçi meydançasında növbəti məşqini keçirib.

Zədəli Elvin Məmmədov məşqdə iştirak etməyib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" qarşılaşması 11 noyabr, saat 19:30-da "Bayıl Arena"da keçiriləcək. Qarşılaşma CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.