"Keşlə" son dəqiqələrdə sevindi

Bu gün Topaz Premyer Liqasında 17-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir. 

Aşağı pillələrdə qərarlaşan "Keşlə" və "Sumqayıt" münasibətləri paytaxtda aydınlaşdırıb. 

Meydan sahibləri əsas vaxta əlavə edilən dəqiqələrdə vurulan qolla qələbə qazanıb.

16 fevral 2019
Topaz Premyer Liqası
17-ci tur

“Keşlə” – “Sumqayıt” - 2:1
Qollar:
 Amil Yunanov, 28 (1:0); Əfran İsmayılov, 73 (1:1); Nikola Mitroviç, 90+3/p. (2:1)

“ASK Arena”. Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev

1 Neftçi 17 38
2 Qarabağ 16 34
3 Səbail 16 24
4 Qəbələ 16 23
5 Sabah 16 20
6 Keşlə 17 15
7 Sumqayıt 17 15
8 Zirə 17 14

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") -7 qol.