"Sumqayıt" klubunun yeni loqosu

“Sumqayıt” klubu 2019-20 mövsümündən etibarən yeni loqodan istifadə edəcək.

Sportline.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir. Aşağı hissədə yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur.