"Sumqayıt" komandasında ciddi itki

Topaz Premyer Liqasının 21-ci turunun "Sabah"la oyununda (1:1) zədələnən "Sumqayıt"ın futbolçusu Əfran İsmayılov Türkiyənin Ankara şəhərində əməliyyat olunub.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Əməliyyatın uğurla keçdiyi bildirilib.

İlkin məlumata əsasən, Əfran 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.