“Sumqayıt” məşqləri bərpa etdi
“Sumqayıt” FK “Qarabağ”la oyunun hazırlıqlarına start verib. SportLine.az xəbər verir ki, Premyer Liqanın XVII turunda “Keşlə”ni məğlub edən “kimyaçılar” birgünlük istirahətin ardından məşqləri bərpa edib.
Komanda Samir Abasovun rəhbərliyi altında saat 16:00-da məşqə çıxıb. Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb.
Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması 3 mart, saat 18:30-da başlayacaq.