"Sumqayıt" millinin üzvləri ilə müqavilə bağladı

2019-20 mövsümünə hazırlaşan “Sumqayıt” heyətinə yeni futbolçular cəlb edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, daha 2 oyunçu "kimyaçılar"la müqavilə bağlayıb.

Bunlar akademiyanın yetirmələri, eyni zamanda əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadədi. Hər iki oyunçu ilə 3 illik sözləşmə imzalanıb. Rüfət 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, U-19 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017-18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət həmin mövsümün XI turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura XIV turda “Kəpəz”lə oyunda (3:0) nail olub. Onlar həmin mövsüm Premyer Liqada oynamış ən gənc futbolçular olub.